İran sərnişin təyyarələri vasitəsilə Suriyaya silah daşıyır.
APA-nın məlumatına görə, bu barədə Almaniyanın ZDF telekanalı xəbər yayıb. Məlumatda bildirilir ki, silahlar İran İslam İnqilabı Keşikçiləri Korpusuna (“Sepah”) məxsusdur və Bəşər Əsəd rejiminə, eləcə də Livandakı “Hizbullah”a hərbi yardım məqsədilə bu ölkələrə göndərilir. Silahların daşınmasında “İran Air” və “Yas Air” şirkətlərindən şübhə duyulur.