Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Tarçizio Bertone cümə axşamı Bakıya rəsmi səfərə gəlib. Martın 9-dək davam edən səfər çərçivəsində, Dövlət Katibinin Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü planlaşdırılıb.
Səfər çərçivəsində əlamətdar hadisə Bakı şəhəri, Orucov küçəsində yeni katolik kilsəsinin açılışı mərasimi olacaq. Mərasim hökumətin yüksək vəzifəli şəxsləri, diplomatik korpusun nümayəndələri, din xadimləri və əcnəbi qonaqların iştirakilə martın 7-də günorta saatlarına təyin olunub.
Martın 8-də kardinal Bertone "Təzə Pir" məscidi, müqəddəs Jen-Mironosits kafedral pravoslav kilsəsi və sinaqoqa baş çəkəcək. Qonaq Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşəcək.
Martın 9-da Bertone Azərbaycan katolikləri üçün açılmış yeni kilsədə Messa ibadəti keçirəcək. Arzu edənlər tədbirdə iştirak edə bilərlər. Səhər saat 11-də başlayacaq messa bütün icmalar üçün nəzərdə tutulub. İbadət dili - latın dilidir.