İranın ali dini rəhbəri Seyid Əli Xamneyinin nümayəndəsinin Azərbaycana buraxılmaması Azərbaycan qanunvericiliyə uyğun həyata keçirilib.
APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
“Həmin şəxs qanunvericilik çərçivəsində təsdiqlənən müddəalara uyğun olaraq geri qaytarılıb”, - deyə XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Xamneyinin nümayəndəsi Fərid Əsrinin Azərbaycana daxil olmasına icazə verilməyib, o, Bakı aeroportundan geri qaytarılıb.