Yəmən ordusunun Abyan əyalətində «Əl-Qaidə» ilə əlaqəli olan ekstremistlərlə qarşı apardığı döyüşlərdə 20 silahlı öldürülüb
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Yəmən ordusunun komandanlığı bildirib ki, döyüşlərdə 6 hərbiçi də həlak olub.
Ordu ekstremistlərin əlində olan Caar şəhərini azad olunmasına dair əməliyyata başlayıb. Ordunun Əbyan əyalətinə hücumu mayın 12-də başlayıb. Gedən döyüşlər nəticəsində 270 silahlı, 80 hərbiçi və 18 dinc sakin həlak olub.