İran Prezidenti Mahmud Əhmədinejad kubalı həmkarı Raul Kastronu avqustda Tehranda keçiriləcək Birləşməmə Hərəkatının sammitinə dəvət edib.
SalamNews MehrNews-a istinadla xəbər verir ki, dəvət Kubaya səfər edən İslam Respublikasının vitse-prezidenti Əli Seyedlu tərəfindən çatdırılıb. O, Kubanın birinci vitse-prezidenti Xose Ramon Maçado Ventura tərəfindən qəbul olunub.
Görüş zamanı iranlı qonaq ölkəsinin Kuba ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.