İsrailin baş naziri Binyamin Netanyahu Təl-Əviv Universitetində keçirilən konfransda İranın mübahisəli nüvə proqramından danışıb.
APA-nın məlumatına görə, baş nazir çıxışında dünyanın aparıcı dövlətlərini bu məsələdə çox yumşaq davranmaqda günahlandırıb: “Aparılan müzakirələr İranın uranın yalnız aşağı səviyyədə zənginləşdirilməsi fəaliyyətinə son vermək istədiyini göstərir. Bu ölkə getdikcə nüvə silahı istehsal etməyə doğru irəliləyir”.