Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində baş verən partlayış nəticəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılıb.
Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.
Qeyd edək ki, kəmərin Türkiyə hissəsi bu ölkənin «BOTAŞ» şirkəti tərəfindən idarə olunur. Qonşu ölkəyə qaz nəqlinin dayandırıldığını «BP-Azerbaijan» şirkətində də təsdiqləyiblər. Şirkətin mətbuat xidmətindən «APA-ECONOMICS»ə bildirilib ki, qazın ixracı «BOTAŞ» şirkətinin xahişi ilə dayandırılıb.