İran sualtı qayıq istehsal edib
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyari Bəndər Abbas şəhərində keçirilən tədbirdə çıxışı zamanı bildirib. O deyib ki, “Tarıq” adı verilmiş gəmi neytral sularda hərəkət etməyə hazırdır: “Gəmi tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb və radardan yayınmaq xüsusiyyətinə malikdir”.