Bakı hava limanının məsul rəsmiləri tərəfindən Seyid Əli Xameneinin mədəni işlər üzrə ofisinin müdiri Məhəmməd Hadi Fərid Əsri Azərbaycana daxil olmasına icazə verilməyib.
SalamNews-un FaktXeber.com-a istinadən verdiyi xəbərə görə, Bakı hava limanına daxil olan İran nümayəndəsinə bildiriblər ki, hazırda o, ölkəyə daxil ola bilməyəcək və tez bir zamanda geri qayıtmalıdır.