Səudiyyə Ərəbistanının nüfuzlu din xadimi Əli əl-Rabiei Suriya prezidenti Bəşər Əsədi öldürən şəxsə yarım milyon dollara yaxın pul ödəməyə hazırdır.
SalamNews-un RBK-ya istinadla verdiyi xəbərə görə, o, belə bir addımı Xulada törədilən qətliam haqqında eşitdikdən sonra atıb. Əli əl-Rabiei Twitter-dəki səhifəsində yazıb: "Qadınlara və uşaqlara qarşı cinayətləri dünyanı dəhşətə gətirən Bəşər Əsədi aradan götürənlərə 450 min dollar ödəməyə hazırıq".
Səudiyyə Krallığı bu təklifə hələlik rəsmi reaksiya verməyib.