Həzrət Əli (ə) buyurur:
“Məsləhət edən şəxs xatadan amanda qalar.”
“Mömin onunla insafsız rəftar edənlə insafla davranar.”

“Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”
“Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
“Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
“Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”
“Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”
“Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.”
“Hər bir insanın rəyinin dəyəri onun təcrübəsi qədərincədir.”
“Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.”