İranın dövlət başçısı Mahmud Əhmədinejat 4 vitse-prezidentin təyinatı haqqında Sərəncam imzalayıb.
SalamNews-un "MehrNews"a istinadla verdiyi xəbərə görə, sənədə əsasən, Bəhruz Moradi planlaşdırma və strateji nəzarət üzrə, İbrahim Əziz insan resursları üzrə, Lütfulla Foruzande hüquq və parlament məsələləri üzrə, Məhəmməd Reza Mirtacəddini isə Konstitusiyaya nəzarət üzrə vitse-prezident təyin olunublar.