Misirin Seçki Komissiyası prezident seçkilərin yekun nəticələrini təqdim edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, iyun ayında keçiriləcək prezident seçkilərinin ikinci turuna “müsəlman qardaşları” təşkilatından namizəd Məhəmməd Mursi və sabiq baş nazir Əhməd Şafiq keçib.
Onlardan heç biri 50 faizdən çox səs qazanmayıb. Seçicilərin 46 faizinin iştirak etdiyi seçkilərdə bu namizədlərin hər biri 5 mln səs qazana bilib.