Bazar ertəsi Dəməşqdə BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Kofi Annan böhranın siyasi həllinin ikinci mərhələsinə keçid imkanlarını müzakirə edəcək.
SalamNews-un “Vesti”yə istinadən verdiyi xəbərə görə, gözlənildiyi kimi beynəlxalq icma emissarı Suriya Prezidenti Bəşər Əsəd tərəfindən qəbul eidləcək. Atəşkəsdən sonra “Annan planına” əsasən, ilk olaraq müxalifətin həbs edilmiş fəalarının azad olunması və onların azad şəkildə küçə nümayişləri keçirmək hüququnun təmin olunması nəzərdə tutulub.
Ötən həftə Dəməşqdə olan BMT-nin sülhməramlı əməliyyatları üzrə baş katibinin müavini Erve Ladsus Suriya rəhbərliyini “iqtidar və müxalifət arasında körpülərin yaradılmasə və itirlmiş etibarın bərpa edilməsinə” yönəldir.
Yerli şərhçilər hesab edir ki, Kofi Annanın səfəri Əl-Houldakı hadisələr sayəsində ciddi şəkildə çətinləşəcək. BMT Təhlükəsizlik şurası bəyanatında orada hökumət qüvvələrinin atışması nəticəsində onlarla kişi, qadın və uşaqların qətlə yetirilməsini tənqid edib. Öz növbəsində, BMT-nin Suriyada atəşkəsə nəzarət missiyasının rəhbəri Robert Mud bu yaşayış məntəqəsində baş verən faciədə əli olan hər kəsi məsuliyyətə cəlb etməyi tələb edib. Norveçli general bildirib ki, onun missiyasının əməkdaşları “hadisə yerində azad araşdırma aparıblar”.