İranın IX çağırış Məclisinin ikinci iclası zamanı parlamentin müvəqqəti Rəyasət Heyəti üzrə səsvermə keçirilib.
SalamNews-un IRNA-a istinadən verdiyi xəbərə görə, parlamentin müvəqqəti spiker vəzifəsinə 2 namizəd irəli sürülüb. Bu, VIII çağırış Məclisinin keçmiş spikeri, Qum şəhərindən olan deputat Əli Laricani və VII çağırış Məclisinin spikeri, Tehran şəhərindən olan deputat Qulam Əli Hodad Adel olub. 275 səsdən 173-nü toplayan Əli Laricani Məclisin müvəqqəti spikeri seçilib.