Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 29-da Qazaxıstana səfərə yola düşəcək. Bu barədə SalamNews-a QMİ-nin mətbuat xidmətindən məlumata verilib.
Bildirilib ki, səfərin məqsədi mayın 30-31-də Astanada keçiriləcək dünya dinləri və ənənəvi dinlərin liderlərinin (GM) qurultayında iştirak etməkdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə hər üç ildən bir keçirilən bütün qurultayın iştirakçısı olmuş QMİ sədri A.Paşazadəyə indiki dəvət məktubunu Qazaxıstan Parlamenti sədrinin xüsusi nümayəndəsi şəxsən təqdim edib.
Astananın Sülh və Həmrəylik Sarayında keçiriləcək qurultayda dünyanın nüfuzlu dini liderlərinin və beynəlxalq qurumların rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Qurultay çərçivəsində «Sülh və həmrəylik bəşəriyyətin seçimi kimi» mövzusunda plenar iclas, «Dini liderlərin sabit inkişafa nail olunmasında rolu», «Din və multikulturalizm», «Din və qadın: mənəvi dəyərlər və müasir çağırışlar», «Din və gənclik» mövzularında bölmə iclaslarının keçirilməsi, yekunlara dair Müraciətin qəbulu nəzərdə tutulur.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin qurultayda məruzəsi dinləniləcək