"Suriyadakı problemin həllində 6 maddəlik Annan Planı son şansdır". SalamNews-un “Hürriyet”ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Abdulla Gül deyib.
O, Çikaqoda səfərdə olarkən “CNN International” televiziya kanalınında Kristian Amanpoura müsahibə verib.
Türkiyənin dövlət başçısı "Suriya prezidenti Bəşər Əsədin vəzifəsini tərk edəcəyini ümid edirsinizmi” sualına belə cavab verib: "Suriya xalqını xoşbəxt və rifah içində görmək istəyirik. Biz, 6 maddəlik Annan Planının Suriyada sülhün bərqərar edilməsi üçün son şans olduğunu düşünürük. Buna görə də Annan Planının tam həyata keçirilməsini istəyirik. Əgər plan tam tətbiq edilməsə, oradakı problemlər daha da çətinləşəcək. Buna görə, Suriyada daha çox (BMT) müşahidəçi olmalıdır, 300 müşahidəçi kifayət deyil. Əslində, Suriyada bir neçə min müşahidəçi olmalıdır".