"Hizbullah" lideri Seyid Həsən Nəsrullah bəyan edib ki, 12 livanlı zəvvarın qaçırılması bizim Suriya nizamlanmasına dair mövqeyimizə təsir göstərməyəcək.
SalamNews-un "Reuters"ə istinadla verdiyi xəbərə görə, o deyib ki, Livan əvvəlki kimi Suriya böhranının dinc yolla həllinin, həmçinin Bəşər Əsəd rejimi və müxalifət nümayəndələrinin dialoqunun tərəfdarıdır.
O, bu hadisəni İsrailin Fələstin torpaqlarını işğal etməsinə bənzədib və "sionist rejimini" insanların qaçırılmasının təşkilində, həmçinin dinc sakinlərə qarşı zorakılqda ittiham edib.
Xatırladaq ki, suriyalı üsyançılar Hələb şəhərində 12 livanlı şiə zəvvarını qaçırmışdılar.