Bu il mayın 28-29-də Kazanda İslam təlimləri üzrə V Beynəlxalq Tələbə Olimpiadası keçiriləcək.
SalamNews-un IribNews-a istinadla verdiyi xəbərə görə, tədbirin təşkilatçısı Rusiya İslam Universitetidir. Müsabiqənin məqsədi islam elmlərinin öyrənilməsində istedadlı tələbələrin üzə çıxarılması və onlara dəstək göstərmək üçün lazımi şəraitin yaradılmasıdır.
Müsabiqə zamanı İslam hüququ və dinin əsası-Quranın, hədislərin, Məhəmməd Peyğəmbərin (s) həyat yolunun öyrənilməsi naminasiyası üzrə ən yaxşılar müəyyən ediləcək.
Olimpiadada Rusiya Federasiyasının İslam təhsil müəssisələrinin gündüz şöbəsinin tələbələrinin iştirak etməsi planlaşdırılır. Bir iştirakçı sadəcə bir naminasiyada iştirak etmə hüququna malikdir. Hər islam müəssisəsi sadəcə üç iştirakçı göndərə bilər.