Danimarkada Məhəmməd Peyğəmbərin dərc edilməsinə qarşı etiraz aksiyaları davam edir. Bu gün Pakistanda və Əfqanıstanda növbəti aksiyalar keçirilib. Aksiyada toplaşan 500 nəfərə yaxın dindar Danimarkanı Peyğəmbərin şəkillərini dərc etdiyi üçün qınayıb.
Aksiyada Amerika bayraqları yandırılıb, Danimarka əleyhinə şüarlar səsləndirilib.
Karaçidə toplanan 50 nəfərlik bir xristiyan qrup isə karikaturaların yayılmasının dünyada sülhü və dinlərarası təhlükəyə yaratdığını bildiriblər.
Danimarkada isə Məhəmməd Peyğəmbərin karikaturalarını çəkən rəssamla eyni adları daşıyan insanlar qorunma altına alınıblar.