Mayın 27-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriləcək. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, piket Türkiyədə fəaliyyət göstərən Hicab Məhbuslarına Azadlıq Komitəsi tərəfindən təşkil ediləcək.
Aksiya iştirakçıları yerli vaxtla saat 15:00-da metronun “Levent” stansiyası qarşısında toplaşaraq buradan Azərbaycan konsulluğuna doğru yürüşə keçəcəklər. Əsas tələblər “Hicab məhbuslarına azadlıq!”, “Dindarlara qarşı təzyiqlərə son qoyulsun!” olacaq. Piket konsulluq binasının qarşısına qara çələng qoyulması və bəyanatın oxunması ilə başa çatacaq.