Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyat nazirinin müavini Məhəmməd bin Əbdül Əziz əl Şehinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblə
SalamNews-un xəbərinə görə, sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda həlak olmuş mərd mübarizlərin məzarlarını ziyarət edib, Əbədi Məşəl Kompleksinin önünə əklil qoyublar.
Bildirək ki, nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi bir sıra dövlət qurumları ilə görüşlər keçirib, müzakirələr aparmaqdır. İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərində və digər qurumlarda keçiriləcək görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.