İranın xarici işlər naziri Əli Əkbər Salehi son günlər İranla Azərbaycan arasında yaranan gərginliyə münasibət bildirib.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Salehi deyib ki, İranın Bakıdakı səfirliyinin binası qarşısında son günlər xoşagəlməz və yanlış hərəkətlər baş verib: “Ümid edirik ki, Azərbaycan hökuməti İranın Bakıdakı səfirliyinin binası qarşısında baş verən yanlış hərəkəti qınayacaq və bu cür hərəkətlərin təkrarlanmasına icazə verməyəcək”.