İmam Əliyyən Nəqi (ə) buyurur: "Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”

İmam Əliyyən Nəqi (ə) buyurur: Ata-ananın narazılığı gücsüzlük gətirər və insanı zillətə çəkər.
İmam Əliyyən Nəqi (ə) buyurur: Şübhəsiz, haram artmaz, əgər artsa, bərəkəti olmaz, onunla sədəqə verilsə, savabı olmaz, qaldığı halda cəhənnəm əzabınım oduna çevrilir.
İmam Həsən Əskəri (ə) buyurur: "Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
İmam Həsən Əskəri (ə) buyurur: Ədəbli olmaq üçün bu, kifayət edər: Başqasında bəyənmədiklərini özündən uzaqlaşdır.
İmam Zaman (ə) buyurur: "Yer üzü heç vaxt hüccətsiz qalmayacaq.İstər o hüccət gizli, istər aşkar olsun”.
İmam Zaman(ə) buyurur: "Heç bir şey Namaz qədr şeytanın burnunu yerə sürtmür. Belə isə Namaz qılın və şeytanın burnunu yerə sürtün”.
İmam Zaman buyurur: ” Şükr səcdəsi ən lazım , ən vacib İlahi müstəhəblərdəndir”.
İmam Zaman buyurdu: ” Allahın istəyini yerinə yetirən şəxsin hacətini də Allah yerinə yetirər”