İraq Azərbaycan sahibkarlarını peyk kanalları sahəsində qapalı tenderdə iştiraka dəvət edir
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) SalamNews-a verilən xəbərə görə, İraqın Bəsrə vilayətinin hökumət kontraktları idarəsi Azərbaycanda bütün əlaqədar şirkətləri 2012-ci il regionların inkişaf proqramı çərçivəsində peyk kanalları sahəsində qapalı tenderdə iştiraka çağırır. Tenderdə ixtisaslaşmış, təcrübəli və yerli, ərəb və əcnəbi şirkətlər iştirak edə bilərlər. Tenderə qatılmaq istəyən sahibkarlar xüsusi anketi doldurmaq yolu ilə cari il iyunun 3-dək sənədləri İraqın Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.