Rusiya ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul olunmuş İrana qarşı birtərəfli sanksiyaların prezident Barak Obama tərəfindən dəstəklənməyəcəyinə ümid edir. SalamNews-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib.
Rusiyanın xarici işlər naziri ABŞ-ın birtərəfli sanksiyalarının “altılığın” birgə fəaliyyətinə yardım etməyəcəyini deyib.