İran yeni hərbi helikopter istehsal edib
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Quru Qoşunları komandanın müavini, general Kiyumərs Heydəri deyib. O bildirib ki, “Kübra” adı verilmiş helikopter tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb və yaxın günlərdə keçiriləcək hərbi təlimdə ictimaiyyətə təqdim olunacaq: “Bu helikopter ABŞ-ın məşhur “Apaçi” vertolyotlarından daha üstündür”.