Pakistanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Uludərə əməliyyatında əmrin onun tərəfindən verilməsi ilə bağlı məlumatları təkzib edib.
SalamNews-un "CNNTürk"ə istinadla verdiyi xəbərə görə, Pakistan səfəri zamanı jurnalistlərə açıqlama verən baş nazir, Uludərə hadisəsində çox müzakirə edilən mövzuya aydınlıq gətirib. Əməliyyat əmrinin onun verdiyinə dair iddianı ilk dəfə təkzib edən baş nazir, əməliyyatdan dərhal sonra hadisədən xəbərdar olduğunu vurğulayıb.
Əməliyyat əmrini Türkiyə Silahlı Qüvvələrinin verdiyini qeyd edən Ərdoğan deyib: "Bunu bizim silahlı qüvvələrimiz icra edib. Onlara verdiyimiz səlahiyyətdən istifadə ediblər. Səhv də ola bilər. Hər şeyi başa saldıq. Amma bəziləri məsələni uzadır. Mütləq terror təşkilatının istədiyini söyləməyimizi istəyirlər ki, xətirlərinə dəyməsin".