Suriyada toqquşmalar yenidən güclənib. İdlib kəndlərində və Bab-əl-Hava sərhəd məntəqəsi yaxınlığında baş verən qarşıdurmalarda yaralanan 10 suriyalı, yaxınlarının köməyi ilə Hatayın Reyhanlı rayonundan Türkiyəyə daxil olub.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, türk səlahiyyətlilər tərəfindən sərhəddə qarşılanan yaralılar, Reyhanlı dövlət xəstəxanasına aparılıb.