Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə İstanbulun "Memorial" Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuriyə baş çəkib. Bu barədə A. Paşazadə özü məlumat verib.
Şeyx Azərbaycanın xalq artistinin müalicə olunduğu xəstəxanaya baş çəkdiyini, onun tezliklə sağalıb ölkəyə qayıtması üçün dualar etdiyini deyib. Şeyx həmçinin Y. Nurinin özünü yaxşı hiss etdiyini də bildirib.