Türkiyə Prezidenti Abdulla Gül BMT Baş katibi Pan Gi Munla görüşüb.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, görüşdə Əfqanıstan, Suriya və Kipr məsələləri müzakirə edilib.
Abdulla Gül Türkiyənin Suriya mövzusundakı mövqeyini BMT baş katibinə çatdırıb. Türkiyənin Annan planının müvəffəqiyyətlə nəticələnməsini istədiyini qeyd edən Gül, planının 6-ci maddəsinin də tam tətbiq edilməsinin lazım olduğunu vurğulayıb.
Pan Gi Mun Suriyadakı müşahidəçilərin sayının yaxın zamanda 300-ə çatacağını qeyd etsə də, Gül onların kifayət etməyəcəyini, bu sayın bir neçə minə yüksəldilməsi lazım olduğunu söyləyib.
BMT baş katibi Suriyalı qaçqınların sığındığı Türkiyədəki düşərgələri bəyəndiyini deyib: "Türkiyə dünyada bu sahədə işi bilən az saydakı ölkələrdən biridir".
Tərəflər Suriyada tezliklə atəşkəsin bərqərar edilməsinin zəruriliyini vurğulayıblar.