Gürcüstan vətəndaşları və xarici turistlər heç bir maneə olmadan Keşikçi dağ məbədinə (Gürcüstan bu ərazini David Qareci monastır kompleksi adlandırır) buraxılacaqla
APA-nın “Vzqlyad”a istinadən yaydığı məlumata görə, bu bəyanatla Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan prezidentləri arasında razılaşma əsasında iki ölkənin sərhəd xidmətləri arasında görüş keçirilib və müvafiq razılaşma əldə olunub. Razılaşma iki ölkə arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi başa çatana kimi qüvvədə olacaq. Gürcüstan tərəfi monastırın Azərbaycan hissəsini ziyarət edəcək vətəndaşlarının Azərbaycan ərazilərinin içərisinə doğru hərəkət etməyəcəyi barədə öhdəlik götürüb.
Xatırladaq ki, Keşikçi dağ məbədi ilə bağlı məsələ Azərbaycan və Gürcüstan prezidentlərinin Çikaqoda keçirilən görüşünün əsas müzakirə mövzularından biri olub.