““Altılıq” ölkələri ilə keçiriləcək Bağdad görüşünün uğurlu olması hər iki tərəfin də xoş məramından və müsbət əhval-ruhiyyəsindən asılıdır”
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, “altılıq” ölkələrinin müzakirələrə bu şərtlərlə qatılacağı təqdirdə, ortaq məxrəcə gəlmək üçün yaxşı fürsət yarana bilər: “Odur ki, qarşı tərəfin də Bağdadda keçiriləcək görüşə xoş məramla qatılmasını gözləyirik. Ümid edirik ki, “altılıq” ölkələri ilə aparılan danışıqlar müsbət nəticə verəcək”.
Ə. Salehi əlavə edib ki, məsələ ilə bağlı regional və beynəlxalq əlaqələrdə baş verən son dəyişikliklər araşdırılır.