İmam Sadiq (ə) buyurur: "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”

İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşını aldadan şəxs məlundur.”
İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məlundur.”
İmam Kazim (ə) buyurur: "Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”
İmam Kazim (ə) buyurur: "Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”
İmam Kazim (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”
İmam Riza (ə) buyurur: "İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
İmam Riza (ə) buyurur: "Sükut hikmət qapılarından olan bir qapıdır.”
İmam Riza (ə) buyurur: "Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.”
İmam Riza (ə) buyurur: "Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”