POPULYARXƏBƏRLƏR

“David Qareci” kilsəsi ətrafında vəziyyətin gərginləşdirilməsində erməni amili istisna olunmur - politoloq

Son onilliklər ərzində Gürcüstan ilə Azərbaycan arasında ərazi mübahisələri və qarşılıqlı iddialar olmayıb, hətta bir vaxtlar, Zaqatala dairəsi ilə bağlı məsələ də dinc və sivil yolla həll edilib.

Bu barədə SalamNews-a Gürcüstan ilə Azərbaycan sərhədində yerləşən “David Qareci” kilsəsi (Keşikçi dağı) ətrafında vəziyyətin gərginləşməsini şərh edən politoloq Fikrət Sadıxov bildirib.

“Fikrimcə, “David Qareci” kilsəsi ətrafında yaranmış problem Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığa qısqanclıqla yanaşan müəyyən dairələr tərəfindən qızışdırılır. Bu məsələ ətrafında problemlər Gürcüstanda mövcud millətçi qüvvələr tərəfindən qaldırılır”, - politoloq vurğulayıb.

O, həmçinin, iki ölkə arasında münasibətlərin gərginləşməsində Gürcüstandan kənarda olan müəyyən qüvvələrin də maraqlı olduğunu sözlərinə əlavə edib. Buna səbəb isə, ölkələr arasında müxtəlif strateji layihələrin mövcudluğu, həmçinin, Gürcüstanın hazırki hakim rejiminin bəzi ölkələri qıcıqlandırmasıdır.

“Etirazlara baxmayaraq, hətta məsələ yaxın zamanlarda həll olunmayacağı təqdirdə belə, fikrimcə, ölkələr arasında prinsipial fikir ayrılıqları yaranmayacaq. Kilsə ətrafındakı vəziyyət münasibətlərin radikal şəkildə soyuqlamasına səbəb olmayacaq”, - politoloq deyib.

Fikrət Sadıxovun sözlərinə görə, bu məsələdə, həm Gürcüstanda daxili vəziyyətin gərginləşməsində, həm də Gürcüstan-Azərbaycan münasibətlərinin pisləşməsində maraqlı olan erməni amilinin də rol oynaması istisna edilməməlidir.

Erməni amilinin müstəqil olmadığını vurğulayan politoloq bildirib ki, xarici qüvvələrin regionda vəziyyəti gərginləşdirilmək üçün Ermənistana təzyiq göstərərək, ondan alət kimi istifadə edirlər.

“Şübhəsiz ki, bu amil həm Gürcüstanın daxilində, həm də xaricdə mövcuddur. Bu baxımdan həm Gürcüstan hakimiyyəti, həm də ictimaiyyəti ayıq olmalıdır. Onlar Gürcüstanın Axalkələk vilayətində mövcud erməni millətçi amilinin müstəqil dövlət yaratmağın vaxtının çatdığını bəyan etdiyini unutmamalıdırlar. Gürcüstana düşmən qüvvələr ölkədəki sabitliyi pozmaq üçün bu amildən istifadə edirlər”, - politoloq bildirib. Fikrət Sadıxov Abxaziya və Cənubi Osetiya problemlərinin, o cümlədən, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin Gürcüstan üçün yaxşı nümunə olduğunu deyib.

“Daha bir separatçı qurumun yaranmaması üçün Gürcüstan bundan nəticə çıxarmalıdır”, - Fikrət Sadıxov əlavə edib.



Yerləşdirilib:19 May, 2012  14:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com