«Fransa İranla danışıqlara hazırdır. Bir şərtlə ki, Tehranın nüvə silahı istehsal etmək imkanları olmasın»
APA-nın məlumatına görə, bunu Fransanın yeni prezidenti Fransua Olland deyib. O bildirib ki, İran məsələsində Fransa ilə ABŞ-ın ümumi mövqeyi var: “Biz İranla birbaşa danışıqlara başlaya bilərik. Lakin bunun üçün Tehranın nüvə silahı hazırlamaq imkanlarının olmaması vacibdir”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr mayın 23-də İraqın paytaxtı Bağdadda keçiriləcək.