İraqın şimal-şərqində baş verən silsilə terror aktlarında ən azı 4 nəfər həlak olub.
SalamNews-un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu gün Sədr şəhərinin şiə ərazisində yerləşən “quş bazarında” üç partlayış baş verib, 30 nəfərdən çox xəsarət alan var.
Hadisələrə görə cavabdehliyi hələ heç kim üzərinə götürməyib.