Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bolqarıstanın Varna şəhərinə işgüzar səfərə gedəcək.
SalamNews-un "Cihan"a istinadla verdiyi xəbərə görə, Ərdoğanın bir neçə saat davam etməsi gözlənilən səfərdə daha çox iqtisadi görüşlərin keçirməsi planlaşdırılır. Qətərin də iştirakı ilə təşkil olunacaq üçtərəfli danışıqlarda Ruse-İstanbul ikitərəfli yolun inşası layihəsinin müzakirəsi gözlənilir.
Baş nazir Ərdoğan Varnada Bolqarıstan Baş naziri Boyko Borisov ilə də görüşəcək. Görüşə Qətərin Baş naziri Hamad Bin Jassem Min Jabr Al Taninin də qatılacağı gözlənilir.