Dünən Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub.
APA-nın Gürcüstan XİN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, danışıqlarda ikitərəfli münasibətlərin aktual məsələləri, o cümlədən Azərbaycan sərhədçilərinin patrul-nəzarət marşrutunun dəyişməsindən sonra aktuallaşan David Qareci monastır kompleksinin Udabno adlanan hissəsi ilə bağlı məsələ müzakirə olunub.
Nazirlər NATO-nun Çikaqo sammiti çərçivəsində görüş keçirmək, bu məsələni orada bir daha müzakirə etmək barədə razılığa gəliblər. Bundan başqa iki dövlətin sərhəd xidmətlərinin nümayəndələri də intensiv əlaqə saxlayacaqlar. XİN başçıları bu məsələnin yaxın gələcəkdə həlli barədə razılığa gəliblər.