İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

İmam Səccad (ə) buyurur: "Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”
İmam Baqir (ə) buyurur: "Allah-təala - pis danışan, lənət deyən və tənə vuranları sevmir.”
İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
İmam Baqir (ə) buyurur: "Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”
İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”
İmam Baqir (ə) buyurur: "Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”
İmam Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
İmam Sadiq (ə) buyurur: "Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
İmam Sadiq (ə) buyurur: "Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”