Azərbaycan ilə Türkiyə arasında mənəvi dəyərlərin saxlanması, din və mədəniyyəti daha da yüksəltmək üçün protokol imzalanıb.
SalamNews Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə səfəri zamanı söyləyib.
QMİ sədri deyib ki, biz burda özümüzü vətənimiz kimi hiss edirik. Belə tədbirlərin əhəmiyyəti yüksəkdir və gələcəkdə də davamlı olacağına ümid bəsləyirik.
O, Dağlıq Qarabağ münaqişəsinə toxunub, bunun Azərbaycanın yaralı yeri olduğunu və indiyədək həllini tapmamsından, 1 milyondan çox insanın qaçın düşməsindən və bölgədə yaranan narahatlıqdan söz açıb.
Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkə prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdən danışıb.