Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasına dəvət alıb. Bu barədə QMİ sədri məlumat verib.
Şeyx martın 14-dən 19-dək Misir prezidenti Hüsnü Mübarəkin dəvəti ilə bu ölkədə səfərdə olacağını da deyib. O, həmçinin yaxın zamanlarda Tehranda "Dinlərarası yaxınlıq" mövzusunda keçiriləcək beynəlxalq konfransa da dəvət edildiyini söyləyib.