İstanbulun Aydın Universitetində Türk Ocaqları İstanbul şöbəsi və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı ilə Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib.
SalamNews-un məlumatına görə, tədbirdə Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva, Türk Ocaqları İstanbul şöbəsinin rəhbərliyi və Türkiyənin digər rəsmi nümayəndələri çıxış ediblər.
Tədbir çərçivəsində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə çapdan çıxan Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabının təqdimatı da keçiriləcək. Təqdimata müəllif də qatılacaq.
Bu kitabda 1993-cü il martın 30-dan mayın 23-dək Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalan Əli Əliyevin Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələr və mühasirə həyatı əks olunub.