Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədə səfərdədir.
SalamNews Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Allahşükür Paşazadə İstanbulda İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzində olub. O, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşüb.
Səfər çərçivəsində QMİ sədir bu gün Türkiyə Prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Xatırladaq ki, bu gün İstanbulda "Dünya Siyasəti-2012" Forumu işə başlayıb. Forum çərçivəsində müasir dövrü əhatə edən mövzulara dair müxtəlif sessiyalar, daha parlaq gələcəyin qurulması, qlobal və regional siyasətin formalaşması ilə bağlı müzakirələr aparılacaq.