Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Milli Ordunun 19 yaşlı əsgəri Nurəli Əli oğlu Əliyev ağır yaralanıb. O, hospitala yerləşdirilib.
Nurəli Əli oğlu Əliyev ötən il Ağstafa rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.