Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Serbiyaya son səfəri iki ölkədə çoxmədəniyyətliliyin göstəricisidir.
Bunu SalamNews-a Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib. O deyib: “Şeyxin bu səfəri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən humanitar layihədir. Serbiyada məscid və kilsənin təmiri həyata keçirilib. Onların açılışında Azərbaycan və Serbiya ali dini liderləri iştirak ediblər”.
O, bu cür layihələrin ölkələr arasındakı münasibətləri möhkəmləndirdiyini və daha geniş inkişaf üçün müsbət impuls verdiyini vurğulayıb.