POPULYARXƏBƏRLƏR

İranda girovluqda saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib

Azərbaycan DSX-nın İran sərhəd polisi ilə birgə keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan transsərhəd cinayətkar qrupu zərərsizləşdirilib

Dövlət Sərhəd Xidməti (DSX) İran sərhəd polisi ilə birgə Azərbaycan-İran dövlət sərhədində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan transsərhəd cinayətkar qrupu zərərsizləşdirib. Bu barədə APA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Aprel ayında keçirilmiş tədbirlər nəticəsində məlum olub ki, qrup üzvləri gizli üsullardan istifadə etməklə dövlət sərhədindən narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsini təşkil edib. DSX tərəfindən keçirilmiş tədbirlər nəticəsində qrupun Azərbaycan vətəndaşı olan 2 üzvü saxlanılıb. Onlarla aparılmış araşdırma zamanı məlum olub ki, İrandan Azərbaycana gətirilmiş narkotik vasitənin müqabilində 2 Azərbaycan vətəndaşı – Masallı rayon sakini Əhmədov Zamin Gülhüseyn oğlu və Məmmədova Həmayıl Məmməd qızı İranın Parsabad şəhristanı Əlirzabad kəndində girovluqda saxlanılır. Onların səhhətinə və həyatına ciddi təhlükə yaranıb.

Aprelin 27-də İran sərhəd polisinin aidiyyəti qurumu məlumatlandırılıb. Müqabil tərəfdə mütəşəkkil qrup üzvlərinin müəyyənləşdirilərək aşkar edilməsi, zərərsizləşdirilməsi və Azərbaycan vətəndaşlarının girovluqdan azad edilməsi üzrə birgə tədbirlərin keçirilməsi razılaşdırılıb.

İranın aidiyyəti qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyd olunan qrupun İran vətəndaşlarından ibarət 4 üzvü törətdikləri cinayətə görə saxlanılıb. Girovluqda olan Azərbaycan vətəndaşları azad edilərək mayın 3-də Azərbaycana təhvil verilib.

Tədbirlər nəticəsində İran tərəfdən mütəşəkkil cinayətkar qrupun digər üzvləri də aşkar olunub. Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan silah-sursat və texniki vasitələr, külli miqdarda narkotik maddə, əntiq əşyalar, cinayət məqsədi ilə istifadə olunan 5 nəqliyyat vasitəsi, 3 ədəd mobil telefon və digər maddi sübutlar götürülüb. Həmin dövrdə Azərbaycan ərazisinə keçirilmiş narkotik vasitə və qrupun digər bir üzvü də saxlanılıb.

Hazırda faktla bağlı birgə tədbirlər davam etdirilir.



Yerləşdirilib:17 May, 2012  12:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com