İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”

İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”
İmam Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”
İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”
İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”
İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”
İmam Hüseyn (ə) buyurur: "Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”
Imam Hüseyn (ə) buyurur: Hər kəs Allaha layiqi olduğu kimi bəndəlik etsə, Allah-taala onun layiq olmadığı və arzuladıqlarından daha çox ona əta edər.
İmam Səccad (ə) buyurur: "Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
İmam Səccad (ə) buyurur: "Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”