İstanbulda “Azərbaycanın ərazi bütövlüyünün təbliği və dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin rolu” mövzusunda konfrans keçiriləcək.
Beynəlxalq Diaspora Mərkəzindən SalamNews–a daxil olan məlumata görə, mayın sonlarında keçirilməsi nəzərdə tutulan konfransda iştrak etmək üçün Azərbaycandan qeyri-hökumət təşkilatlarının rəhbərləri və ziyalılardan ibarət nümayəndə heyəti qardaş ölkəyə gedəcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Ankara və Kocaeli şəhərlərində bir sıra görüşləri nəzərdə tutulur.
Nümayəndə heyəti qardaş ölkədə Azərbaycanın Respublika Günü ilə bağlı keçiriləcək tədbirlərə də qatılacaq.