Şimali İraq Kürd administrasiyasının Baş naziri Neçirvan Bərzani bu gün Ankaraya gələcək.
SalamNews-un "Cihan"a istinadla verdiyi xəbərə görə, Neçirvan Bərzani Türkiyə Prezidenti Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək.
Görüşlərdə əsasən terrorla mübarizə, Türkiyə-İraq əlaqələri, Suriyada yaşanan hadisələr müzakirə ediləcək. Həmçinin, Türkiyə ilə Kürd bölgəsi arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, Ərbildə keçirilməsi planlaşdırılan Milli Kürd Konfransı barədə fikir mübadiləsi aparılacağı gözlənilir.